Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 318 nömrəli Qərarı
"Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının
informasiya sistemlərinin dairəsi"nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabineti
QƏRAR
№ 318
Bakı şəhəri, 24 dekabr 2012-ci il
"Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"nin təsdiq edilməsi barədə
"Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanının 2.1-ci və 2.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aidiyyəti olanlarla birlikdə ünvan reyestri ilə digər dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasını təmin etmək məqsədi ilə zəruri tədbirləri həyata keçirsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli ərarı ilə təsdiq edilmişdir
Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi
Sıra №-si |
İnformasiya sisteminin adı |
Dövlət orqanının adı |
1 |
2 |
3 |
1. |
Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin Dövlət Reyestri |
Azərbaycan Respublikasının Milli Məclisi |
2. |
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
3. |
Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
4. |
"Vətəndaşlıq Vəziyyəti Aktları" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
5. |
Notariat Sənədlərinin Elektron Məlumat Bankı |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
6. |
"Qeyri-kommersiya hüquqi şəxslərin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Altsistemi |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
7. |
"Elektron hökumət" portalı |
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
8. |
Respublikanın ərazisində abunəçi kartotekasının formalaşdırılması və yenilənməsi üzrə İnformasiya Sistemi |
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
9. |
Respublikanın ərazisində küçələr üzrə məlumat bazasının (şifrator) formalaşdırılmasına və yenilənməsinə dair İnformasiya Sistemi |
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
10. |
Respublikanın ərazisində təşkilatlara aid məlumat bazasının formalaşdırılması və yenilənməsi üzrə İnformasiya Sistemi |
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
11. |
Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi - "Colvir" |
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
12. |
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) |
Azərbaycan Respublikasının Vergilər Nazirliyi |
13. |
Elektron xidmətlər portalı |
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi |
14. |
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi |
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi |
15. |
Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazası |
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi |
16. |
BİMAS- Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Avtomatlaşdırılmış Sistemi |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi |
17. |
"Vətəndaşların Elektron Sağlamlıq Kartı" Sistemi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
18. |
Nümunəvi Tibbi İnformasiya Sistemi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
19. |
"Tibbi Müayinə Kartı" Sistemi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
20. |
Tibbi Kadrların Vahid Registri |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
21. |
Turizm Məqsədli Coğrafi İnformasiya Sistemi (www.gomap.az) |
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi |
22. |
Monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin Dövlət Reyestri |
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi |
23. |
Daşınmaz Əmlakın Dövlət Reyestri |
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi |
24. |
Milli Avtomatlaşdırılmış Əmlak Sistemi |
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi |
25. |
Avtomatlaşdırılmış Sənəd Dövriyyəsinin İnformasiya Sistemi |
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi |
26. |
Daşınmaz Əmlakın Vahid Dövlət Kadastrı |
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi |
27. |
Statistik Vahidlərin Dövlət Registri |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
28. |
İnzibati Ərazi Bölgüsünün Təsnifatı |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
29. |
Xüsusi qayğıya ehtiyacı olan uşaqların işlərinin İdarəetmə Sistemi |
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
30. |
Dini Qurumların Dövlət Reyestri |
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
31. |
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi |
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti |
32. |
Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya |
33. |
Namizədlər - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Avtomatlaşdırılmış İdarəetmə Sistemi |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya |
34. |
"İmtahan Binaları" Məlumat Bazası |
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası |